240 kənd su çatışmazlığından əziyyət ÇƏKİR
    • 5-09-2023, 13:06
    • 215

240 kənd su çatışmazlığından əziyyət ÇƏKİR

Şərqi Azərbaycan əyalətində ötən illə müqayisədə yağıntıların miqdarı 27,5% azaldığı üçün quraqlıq və su qıtlığının şiddətlənəcəyi gözlənilir.

News24.az xəbər verir ki, bu barədə əyalətin Meteoroloji Mərkəzinin müdiri Həbib Əbdüli məlumat verib.

"Şərqi Azərbaycan ən az yağış yağdığına görə ölkə üzrə 10-cu, temperatur artımına görə isə ikinci yerdədir", – deyə Əbdüli bildirib.

Qeyd edək ki, rəsmi statistikaya görə, hazırda Şərqi Azərbaycan əyalətində 240 kənd su çatışmazlığından əziyyət çəkir.

Ekoloqlar və müstəqil mütəxəssislər hazırda Şərqi Azərbaycanda 700 kənddə su qıtlığı yaşandığını, 360 kəndin isə bu səbəbdən tamamilə boşaldığını bildirirlər.

Aynurə