Türkiyədə təyyarəni ildırım vurdu
    • 6-09-2023, 11:26
    • 126

Türkiyədə təyyarəni ildırım vurdu

İstanbul-Diyarbəkir reysini həyata keçirən Türk Hava Yollarının (THY) təyyarəsini ildırım vurub. 

News24.az "Cümhuriyyet"ə istinadən xəbər verir ki, ildırım vuran təyyarə İstanbul Hava Limanına qayıdıb.

 Təyyarə eniş etdikdən sonra nəzarətə götürülüb və sərnişinlər təxminən 5 saat hava limanında gözlədikdən sonra uçuş ləğv edilib.

Qumral