Şahruddin "Qarabağ"dan gedir - SƏBƏB
    • 6-09-2023, 13:56
    • 467

Şahruddin "Qarabağ"dan gedir - SƏBƏB

Superliqa komandalarından olan “Adana Dəmirspor” Azərbaycan komandalarından “Qarabağ”da çıxış edən 29 yaşlı qapıçı Şahruddin Məhəmmədəliyevi heyətinə qatmağa hazırlaşır.

News24.az xəbər verir ki, bu barədə Fanatik saytı məlumat yayıb. 

"Adana Dəmirspor"un artıq azərbaycanlı qapıçı ilə anlaşıldığı da qeyd olunub. Belə ki, klubun Şahruddin Məhəmmədəliyevlə 2+1 illik razılığa gəldiyi açıqlanıb. Adana komandasının Məhəmmədəliyev üçün təzminat ödəməyəcəyi qeyd edilir. 

Qeyd edək ki, Şahruddin mavi vərəqə səbəbindən ölkədaxili statusda çıxış edəcək.

Aynurə