"Zəlzələ hər zaman olur və baş verdiyi vaxt bilinmir" - NAZİR
    • 7-09-2023, 13:37
    • 200

"Zəlzələ hər zaman olur və baş verdiyi vaxt bilinmir" - NAZİR

“Son illər iqlim dəyişikliyi nəticəsində daşqınlar, sellərin sayı çoxalıb. Bu gün Azərbaycanda da iqlim dəyişikliyi özünü büruzə verir”.

News24.az Yenicag.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov bildirib.

O deyib ki, zəlzələ hər zaman olur və baş verdiyi vaxt bilinmir: “Sadəcə, fəsadlarının az olması üçün işlər aparılır. 2000-ci ildə Azərbaycanda baş verən zəlzələdən sonra binaların dayanıqlılığı yoxlanılıb və proses hər zaman davam edir”.