İran sərhədçiləri azərbaycanlı gənci vəhşicəsinə DÖYDÜ - VİDEO
    • 7-09-2023, 15:28
    • 1 422

İran sərhədçiləri azərbaycanlı gənci vəhşicəsinə DÖYDÜ - VİDEO

Azərbaycanın güneyində gənc oğlan hökumət qüvvələrinin qəzəbinə tuş gəlib. 

News24.az xəbər verir ki, bu haqda məlumat sosial şəbəkələrdə paylaşılıb.

Hadisə Qərbi Azərbaycan vilayətinin Çaldıran şəhristanında baş verib. 29 yaşlı iki uşaq atası Məhəmməd Saleh Şahnaz İran-İraq sərhədi yaxınlığında sərhədçilər tərəfindən vəhşicəsinə döyülüb.

Xəsarət alan şəxs müalicə olunmaq üçün Çaldıran şəhərinin tibb mərkəzinə çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Aynurə