Laçında ağır QƏZA -Yaralılar helikopterlə Bakıya GƏTİRİLDİ
    • 7-09-2023, 16:55
    • 665

Laçında ağır QƏZA -Yaralılar helikopterlə Bakıya GƏTİRİLDİ

Sentyabr ayının 7-də saat 08:30-da Laçın rayonu Ağanus kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Hadisə nəticəsində “Toyota” markalı avtomobildə olan "AbCon" QSC şirkətinə məxsus podratçı şirkətin 3 əməkdaşı – Gözəlov Muxtar, İbiyev Məhəmməd və Qurbanov Anar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılara ilkin tibbi yardım göstərildikdən dərhal sonra Dövlət Sərhəd Xidmətinin tibbi helikopteri ilə həkimlərin nəzarəti altında Bakı şəhərinə təxliyəsi təmin edilib.