Güclü yağış üç nəfərin ölümünə səbəb oldu
    • 8-09-2023, 12:52
    • 144

Güclü yağış üç nəfərin ölümünə səbəb oldu

Gürcüstanın Quriya bölgəsində leysan yağışları nəticəsində 3 nəfər dünyasını dəyişib, iki azyaşlı isə itkin düşüb. 

News24.az xəbər verir ki, bu barədə respublikanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Leysanlı yağışlar nəticəsində yaşayış evlərini və kənd təsərrüfatı sahələrini su basıb, ağaclar qırılıb, sürüşmə təhlükəsi var, Quriyanın bir neçə kəndi xarici aləmlə əlaqəsi kəsilib. Hazırda Quriyanın müxtəlif kəndlərində ikisi azyaşlı olan 3 nəfərin axtarışı davam etdirilir”, - deyə məlumatda bildirilir.

Xatırladaq ki, cümə günü gecədən Gürcüstanın qərbində güclü yağışlar başlayıb. Quriyada, Lançxut bölgəsində ciddi ziyan dəyib. Evlərin birinci mərtəbələri və zirzəmiləri su altında qalıb. 

Avtomobil Yolları İdarəsindən verilən məlumata görə, Şuxuti-Atsana-Mamati-Dzimit və Samtredia-Lançxuti-Qriqolet yolları sürüşmə təhlükəsi səbəbindən bağlanıb. 

Qumral