-
- 8-09-2023, 17:43
- 190
Dünyanın gözlədiyi xəbər: BMT RUSİYANIN ŞƏRTİNİ QƏBUL EDİR
“BMT “taxıl sazişi”ni bərpa etmək üçün Moskvanın bütün şərtlərini qəbul etməyə hazırdır”.
News24.az “Blid” qəzetinə istinadla xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antonio Quterreş deyib.
Məlumata görə, Quterreş Rusiyanın xarici işlər naziri Sergey Lavrova “taxıl sövdələşməsini” Rusiya şərtləri ilə bərpa etmək təklifləri ilə məxfi məktub göndərib.
Nəşr qeyd edir ki, Quterreş Lavrova “BMT Katibliyi ilə Rusiya Federasiyası arasında dörd təməl prinsip əsasında saziş qurmağı” təklif edir, bunun sayəsində Qara dəniz təşəbbüsünün bərpası mümkün olacaq.
Həmçinin qeyd edilir ki, onların həyata keçirilməsi Moskvanın daha əvvəl elan etdiyi “bütün tələblərin yerinə yetirilməsinə gətirib çıxaracaq”.
Ayşən