-
- 9-09-2023, 09:19
- 180
Priqojinin sərvəti uğrunda mübarizə başladı
“Vaqner” rəhbəri Yevgeni Priqojinin ölümündən sonra onun imperiyasının aktivləri uğrunda Rusiya xüsusi xidmət orqanları arasında mübarizə başlayıb.
News24.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Nyu York Tayms” nəşri məlumat yayıb.
İddia edilib ki, aktivləri Rusiyanın Xarici Kəşfiyyat Xidməti və Müdafiə Nazirliyinin Kəşfiyyat Xidməti öz aralarında bölməyə çalışır.
Mənbələrin sözlərinə görə, mülki aktivlərin bir hissəsi Priqojinin oğlu Pavelin ola bilər. O, həmçinin bu aktivlərdən hərbçilər üçün də iddia edə bilər. Çünki bəzi döyüşçülər “üçüncü tərəfin” nəzarətinə keçmək istəmir və hakimiyyətin Pavelə təhvil verilməsini dəstəkləyir.