Oğurluq edən 14 yaşlı yeniyetmə saxlanıldı
    • 9-09-2023, 14:19
    • 104

Oğurluq edən 14 yaşlı yeniyetmə saxlanıldı

Sentyabrın 4-də Ağdaş şəhərində yerləşən telefon mağazasından və aptekdən ümumilikdə 1900 manat pulun oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan hadisəni törətməkdə şübhəli bilinən 14 yaşlı yeniyetmə saxlanılıb.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.