AŞ-nın Baş katibi: Xankəndidəki "seçkilər”in HÜQUQİ ƏSASI YOXDUR
    • 10-09-2023, 14:11
    • 243

AŞ-nın Baş katibi: Xankəndidəki "seçkilər”in HÜQUQİ ƏSASI YOXDUR

"Xankəndidə qondarma “prezident seçkiləri”nin heç bir hüquqi əsası yoxdur".

News24.az xəbər verir ki, bunu Avropa Şurasının Baş katibi Mariya Pejçinoviç-Buriç "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"Regionda humanitar vəziyyət və beynəlxalq standartlara hörmət əsasdır. Avropa Şurası bütün tərəfləri gərginliyi azaltmağa, dialoqa, sülhü bərpa etməyə çağırır. Avropa Şurası bunları dəstəkləməyə hazırdır".