Myanmada 26 müxalifət lideri EDAM OLUNA BİLƏR
    • 23-04-2021, 09:33
    • 398

Myanmada 26 müxalifət lideri EDAM OLUNA BİLƏR

Myanma respublikanın hərbi rəhbərliyi daha əvvəl özlərini qondarma Milli Birlik Hökumətinin nazirləri elan etmiş 26 müxalifət xadimi üçün həbs qərarı verib.

News24.az xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb. 

Qeyd edək ki, Milli Birlik Hökuməti 1 fevral tarixində Myanmadakı hərbi çevrilişə qarşı çıxan qüvvələri birləşdirməyə çağırıb. Silahlı qüvvələrin komandanlığı bunu qanunsuz təşkilat elan edib. Qondarma hökümətin 26 üzvünün hamısı dövlətə xəyanətdə günahlandırlır. Myanma qanunlarına görə, onlaredam edilə bilərlər.