Suriya ABŞ-dan təzminat istəyir
    • 11-09-2023, 01:38
    • 120

Suriya ABŞ-dan təzminat istəyir

Suriya dövlətin təbii ehtiyatlarının sistemli şəkildə oğurlanmasına görə ABŞ-dan təzminat istəyir.

Newa24.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Suriya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

“Dəməşq ABŞ-ın Suriya ərazisində qeyri-qanuni hərbi mövcudluğuna son qoyulmasını, Amerika administrasiyasının neft və qaz sektoruna dəymiş ziyana görə cavabdeh olmasını və oğurlanmış neft ehtiyatlarına görə təzminat ödəməyi öhdəsinə götürməsini tələb edir”, - deyə bəyanatda bildirilir.