ABŞ-dan Ukraynaya 200 milyonluq silah GÖNDƏRƏN KİMDİR?
    • 11-09-2023, 12:51
    • 131

ABŞ-dan Ukraynaya 200 milyonluq silah GÖNDƏRƏN KİMDİR?

ABŞ-dan olan silah satıcısı Mark Morales Kiyevə 200 milyon dollardan çox dəyərində silah tədarük edib və Ukrayna tərəfinə ən böyük qeyri-dövlət silah tədarükçülərindən birinə çevrilib.

News24.az xəbər verir ki,  bu barədə "The New Tork Times" məlumat yayıb.

Moralesin tədarük zənciri və bir sıra Ukrayna rəsmiləri ilə əlaqələri haqqında məlumatlar NYT müəllifləri tərəfindən açıqlanıb.

Məlum olub ki, Morales Kiyevi silahla təmin etməyə yönəlmiş bütöv bir biznes qurub. "Global Ordnance"in Pentaqonla 1 milyard dollardan çox sursat istehsalı üçün müqaviləsi var. İş adamı həmçinin ayrı-ayrılıqda birbaşa Ukrayna tərəfi ilə 200 milyon dollar dəyərində silah təhvil verən müqavilə bağlayıb.

Qəzet tədarük həcmindəki uğuru Moralesin Ukrayna rəhbərliyi ilə əlaqələri ilə izah edir.

Aydan