Azərbaycanda daha bir icra başçısının müavini işdən ÇIXARILDI
    • 11-09-2023, 14:14
    • 156

Azərbaycanda daha bir icra başçısının müavini işdən ÇIXARILDI

Babək rayon icra başçısının müavini işdən azad olunub.

News24.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı Babək Rayon İcra hakimiyyətinin başçısı Rasim Hüseynov sərəncam imzalayıb. Sərəncama əsasən, icra başçısının 1-ci müavini Heydər Həsən oğlu Əliyev işdən çıxarılıb.

İcra başçısının digər sərəncamı ilə Məmmədxanlı Emin Nurəddin oğlu müavin vəzifəsinə təyin olunub.