-
- 11-09-2023, 17:14
- 240
"Qərb 50 ildir Türkiyəyə verdiyi sözü tutmur" - ƏRDOĞAN
Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan bildirib ki, Qərb 50 ildir Türkiyəyə verdiyi sözə əməl etmir və Aİ-yə üzvlük prosesini ləngidir.
News24.az xəbər verir ki, bu barədə "russian.rt" məlumat yayıb.
O, Qərbin verdiyi vədləri yerinə yetirmədiyini, buna görə də Rusiyanın taxıl dəhlizini dayandırdığını qeyd edən Rusiya prezidenti Vladimir Putinin sözlərini xatırladıb.
"Bu nədir? Qərb əlli ildir ki, bizə sözünün üstündə durub? Avropa İttifaqı əlli ildir ki, bizi ləngidir”, - RİA Novosti ondan sitat gətirir .
Ərdoğanın sözlərinə görə, bu gün Avropa Şurasının rəhbəri Şarl Mişel ilə görüş baş tutub. Türkiyə tərəfi ona “bu tərəzi belə bir yükə tab gətirməyəcək” deyib.
Aydan