Zelenskinin səhhətində ciddi problemlər var
    • 12-09-2023, 14:41
    • 230

Zelenskinin səhhətində ciddi problemlər var

Ukraynanın keçmiş baş naziri Nikolay Azarov özünün telegram kanalında ölkə prezidenti Vladimir Zelenski ilə bağlı ciddi sağlamlıq problemləri barədə məlumat verib.

News24.az xəbər verir ki, siyasətçinin fikrincə, bunu dövlət başçısının son iki ildə görkəminin dəyişməsi sübut edir.

"Onun sifəti başqa rəngə çevrilib, qırışıb, şişib, gözlərinin altında dairələr əmələ gəlib. Zelenski özünü qəribə aparır: nəfəs almaqda çətinlik çəkir", - deyə bildirib.

Azarov hesab edir ki, Zelenski təkcə tərəfdaşlarından pul və silah istəmək üçün deyil, həm də guya yaxşı olduğunu göstərmək üçün Qərbə səfər edir:

“Təbii ki, prezidentin görkəmindəki bu dəyişikliklər  Ukrayna və onun xalqı üçün narahatlıqla bağlı deyil". 

Aynurə