-
- 12-09-2023, 15:29
- 163
Ukrayna polisləri də səfərbərliyə cəlb edir?
Ukrayna hakimiyyəti 2023-cü ilin sonuna qədər 50 minə yaxın hüquq-mühafizə orqanı əməkdaşını orduya çağırmağı planlaşdırır.
News24.az xəbər verir ki, bu barədə Ali Radanın keçmiş deputatı İlya Kiva Telegram kanalında yazıb.
Onun sözlərinə görə, Ukrayna hökuməti yenidən attestasiyadan keçməmiş polis əməkdaşlarını səfərbər etməyi planlaşdırır. Göstərilən rəqəm Milli Polisin ümumi şəxsi heyətinin dörddə birinə uyğundur
Xatırladaq ki, Ukraynada hərbi vəziyyət və səfərbərlik müddəti uzadılıb.
Qumral