-
- 13-09-2023, 00:38
- 187
ABŞ-nin Ukraynaya yardımı 100 milyard dolları ötüb
ABŞ-nin Ukraynaya ayırdığı yardımın ümumi məbləği 100 milyard dolları keçib.
News24.az xəbər verir ki, "Fox News" bu barədə Ağ Evin İdarəetmə və Büdcə Ofisinin sərəncamında olan məktubuna istinadən məlumat yayıb .
Bir qrup respublikaçı senator bu sorğunu ABŞ prezident administrasiyasına hələ 2023-cü ilin yanvarında göndərsə də, cavab məktubu yalnız sentyabrda alınıb.
Sənədə əsasən, ümumilikdə Vaşinqton Kiyevə 110,9 milyard dollardan çox vəsait ayırıb ki, bunun da 101,1 milyard dolları artıq xərclənib.
Qeyd olunur ki, bu məbləğə Amerika prezidenti Co Bayden administrasiyasının avqust ayında göndərdiyi Ukrayna üçün 24 milyard dollar məbləğində maliyyə vəsaitinin ayrılması üçün yeni müraciət daxil deyil.
Günəş Mərd