Ukrayna Krımda gəmiqayırma zavodunu VURDU
    • 13-09-2023, 12:06
    • 397

Ukrayna Krımda gəmiqayırma zavodunu VURDU

Rusiya Ukraynanın gecə saatlarında Krımın Sevastopol şəhərindəki gəmiqayırma zavodunda üzən Qara Dəniz Donanmasının gəmilərinə hücum etdiyini və gəmiqayırma zavodunda təmirdə olan iki gəminin zədələndiyini açıqlayıb.

News24.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə nazirliyi məlumat yayıb. 

Bildirilib ki, hava hücumundan müdafiə sistemləri 7 raketi vurub, “Vasili Bıkov” patrul gəmisi isə katerləri məhv edib.

Raket hücumu nəticəsində tərsanədə təmirdə olan iki gəminin zədələndiyi bildirilib.

Aydan