Vilayət Eyvazovdan yeni RƏİS TƏYİNATI
    • 13-09-2023, 12:52
    • 389

Vilayət Eyvazovdan yeni RƏİS TƏYİNATI

Şəki Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinə rəis təyin edilib.

News24.az "Unikal"a istinadla xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Şəki DYP-nin rəisi vəzifəsinə Ramid Eyvazov təyinat alıb.

Qeyd edək ki, R. Eyvazov bundan əvvəl Qobustan DYP-nin rəisi işləyib.