NATO Ermənistanın alyansa üzvlüyünü nəzərdən KEÇİRMİR
    • 13-09-2023, 14:54
    • 140

NATO Ermənistanın alyansa üzvlüyünü nəzərdən KEÇİRMİR

NATO tərəfdaşları alyansla əməkdaşlığın səviyyəsini müstəqil şəkildə müəyyənləşdirməlidirlər. Alyans hazırda təşkilatın Ermənistan hesabına genişləndirilməsi imkanını nəzərdən keçirmir və İrəvan təşkilata üzvlük üçün ərizə təqdim etməyib.

News24.az xəbər verir ki, bu barədə “İzvestiya”ya qurumun nümayəndəsi Ermənistanla əməkdaşlığı şərh edərkən bildirib.

“Ermənistandan alyansa qoşulmaq üçün rəsmi müraciət daxil olmayıb. Bu, bizim nöqteyi-nəzərimizdən problem deyildi, çünki hərbi alyansa qoşulmağa can atmayan tərəfdaş ölkələrlə uzun müddətdir əməkdaşlıq mövcuddur”, - deyə alyansın rəsmi nümayəndəsi bildirib.

NATO “Alyansın Genişlənməsi üzrə Avropa Komitəsi” QHT-nin rəhbəri Günter Fellingerin Ermənistanı alyansa qoşulmağa çağıran bəyanatına da münasibət bildirib.

“Cənab Fellingerin NATO ilə rəsmi əlaqəsi yoxdur. O, NATO-nun əməkdaşı deyil, onun fikirləri və baxışları onun özünə məxsusdur və alyansın nöqteyi-nəzərini əks etdirmir. Və “NATO-nun Genişlənməsi üzrə Avropa Komitəsi” QHT adından asılı olmayaraq, komitə və ya alyans orqanı deyil”, - “İzvestiya”nın həmsöhbəti vurğulayıb.

Rəsmi həmçinin qeyd edib ki, alyans tərəfdaşları NATO ilə münasibətlərinin səviyyəsini şəxsən müəyyən etməlidirlər.

Akqabay