ABŞ bu ölkəyə “F-35”lərin satışına başlaycaq
    • 13-09-2023, 23:56
    • 178

ABŞ bu ölkəyə “F-35”lərin satışına başlaycaq

ABŞ Dövlət Departamenti Cənubi Koreyaya “F-35” qırıcıları və müvafiq avadanlıqların 5,06 milyard dollarlıq mümkün satışını təsdiqləyib.

News24.az  xəbər verir ki, bu barədə ABŞ Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi məlumat yayıb.

Bəyanata əsasən, söhbət 25-ə qədər döyüş təyyarəsinin alınmasından gedir. Departament əmin edib ki, bu texnikanın tədarükü ABŞ-ın döyüş hazırlığına xələl gətirməyəcək və regionda əsas hərbi balansı dəyişməyəcək.