Pentaqonun nümayəndəsi Ukraynaya gəldi
    • 14-09-2023, 11:08
    • 138

Pentaqonun nümayəndəsi Ukraynaya gəldi

Pentaqonun Ukrayna üzrə Baş Müfəttiş İdarəsinin yüksək vəzifəli nümayəndəsi əməkdaşlıq qurmaq üçün Kiyevə gəlib.

News24.az xəbər verir ki, bu barədə Pentaqon rəsmi məlumat yayıb.

Bildirilib ki, nümayəndə departamentin amerikalı və ukraynalı həmkarları ilə qarşılıqlı əlaqələrini idarə etmək üçün Kiyevdəki Amerika səfirliyinə gəlib.

Bəyanatda deyilir ki, digər əməkdaşlar yaxın vaxtlarda Ukraynaya təhqiqat və araşdırmaları asanlaşdırmaq üçün gələcəklər.

CNN-in əldə etdiyi məlumata görə, Pentaqon ABŞ-ın Ukraynaya göndərdiyi yardımın istifadəsinə nəzarət etmək üçün xüsusi monitorinq komissiyası yaradıb. ABŞ-ın yüksək rütbəli nümayəndəsi artıq işə başlayıb və mütəxəssislər sentyabrın sonunda Ukraynaya gələcək və ABŞ-ın Kiyevdəki səfirliyində yerləşəcəklər.

Akqabay