ABŞ ukraynalı pilotlara F-16 təlimi keçməyə hazırdır - Pentaqon
    • 23-08-2023, 12:58
    • 110

ABŞ ukraynalı pilotlara F-16 təlimi keçməyə hazırdır - Pentaqon

ABŞ ordusu lazım gələrsə, ukraynalı pilotları ABŞ-da F-16 qırıcıları üzrə təlim keçməyə hazırdır.

News24.az CNN-ə istinadla xəbər verir ki, bunu Pentaqonun nümayəndəsi, Hərbi Hava Qüvvələrinin briqada generalı Pat Rayder deyib.

General Rayder bildirib ki, Amerika Birləşmiş Ştatları kontinental ABŞ-da ukraynalı pilotların hazırlanmasına dəstək verməyə hazırdır.

“Avropada potensial əldə olunarsa, biz kontinental ABŞ-da təlim səylərini dəstəkləməyə hazırıq”, - o qeyd edib.

Eyni zamanda, Pentaqon nümayəndəsi qeyd edib ki, hazırda onun bu cür təlimlərin hansı əsaslarla təşkil oluna biləcəyi barədə konkret məlumatı yoxdur.

Akqabay