MN: Ordumuz Ermənistanın mövqelərini ATƏŞƏ TUTMAYIB
    • 15-09-2023, 08:37
    • 101

MN: Ordumuz Ermənistanın mövqelərini ATƏŞƏ TUTMAYIB

Sentyabrın 14-ü saat 22:30 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır.

News24.az xəbər verir ki, bu barədə Müdafiə nazirliyi məlumat yayıb.

"Ermənistan Müdafiə Nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - məlumatda qeyd olunub.