Bakıda 18 yaşlı gəlin evə qayıtmayıb - FOTO
    • 14-03-2019, 18:50
    • 1 927

Bakıda 18 yaşlı gəlin evə qayıtmayıb - FOTO

Bakının Sabunçu rayonu ərazisində yenicə ailə qurmuş gəlin yoxa çıxıb.

News24.Az xəbər verir ki, bu barədə musavat.com-a itən gəlinin yaxınları məlumat verib.
18 yaşlı İsmayılova Sevda Cəbi qızı martın 8-də axşam saatlarından etibarən itib. Ailəsinin bildirdiyinə görə, 18 yaşlı gəlinin gecə saat 4 radələrində yoxa çıxdığını biliblər.
Hadisə barədə polisə məlumat verilib. Hazırda DİN-in əməkdaşları əməliyyat axtarış tədbirlərini davam etdirir.