Ərdoğan Putinlə bunu müzakirə edəcək
    • 18-09-2023, 09:27
    • 114

Ərdoğan Putinlə bunu müzakirə edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkdan qayıdarkən Rusiya lideri Vladimir Putinlə telefonla BMT-nin baş katibi Antonio Quterreş və dünya liderləri ilə taxıl sazişi üzrə danışıqların təfərrüatlarını müzakirə edə bilər.

News24.az xəbər verir ki, bu barədə "RİA Novosti"-yə Türkiyə administrasiyasındakı mənbə bildirib. 

BMT-nin baş katibi bundan əvvəl bildirib ki, yüksək səviyyəli həftə çərçivəsində Lavrov, həmçinin ərdoğan və Vladimir Zelenski ilə taxıl sazişinin gələcəyini müzakirə etməyi planlaşdırır. BMT Baş Assambleyasının yüksək səviyyəli sessiyası sentyabrın 19-26-da keçiriləcək. 

"Prezident Ərdoğan artıq  Putinlə telefon danışıqları aparmaq niyyətini bildirib. Bu danışıqların cənab Prezident Birləşmiş Ştatlardan qayıdandan sonra baş tutması ehtimalı yüksəkdir və burada o, BMT Baş katibi ilə müzakirələr aparacaq. Liderlər Qara dəniz taxıl təşəbbüsünün bərpası ilə bağlı konkret təkliflər irəli sürürlər”, - agentliyin həmsöhbəti əlavə edib ki, Türkiyə və Rusiya liderləri arasında telefon danışıqlarının tarixi nadir hallarda əvvəlcədən elan edilir.

Aydan