"Paşinyanla Makron "bacı-bacı" oyununa davam edir" - Elman Məmmədov
    • 18-09-2023, 19:31
    • 313

"Paşinyanla Makron "bacı-bacı" oyununa davam edir" - Elman Məmmədov

"Azərbaycan öz ərazisində öz daxili işlərinə heç kimin qarışmasına razı deyil və yol vermir. Azərbaycana qarşı müxtəlif dövlətlər tərəfindən və beynəlxalq qurumlar tərəfindən çox ciddi təzyiqlər oldu.   Amma Azərbaycan bu təzyiqlərə baxmayaraq, qanuna və hüquqa əsaslanaraq,öz mövqeyini bildirdi ki,ərazi mənim ərazimdir və nəzarəti də mənə məxsusdur".

Bu sözləri News24.az-a açıqlamasında Milli məclisin deputatı Elman Məmədov dedi.

O, bildirdi ki, bu istiqamətdə Azərbaycana təzyiq göstərən, Azərbaycana qarşı müxtəlif dinləmələr keçirən, müxtəlif sənədlər qəbul edən dövlətlər içərisində özünün xüsusi canfəşanlığı ilə iki dövlət seçildi:

"Fransanın mövqeyi əvvəldən məlumdur. Fransanın keçmiş prezidenti Sarkozi çıxışlarının birində bildirdi ki, Ermənistan bizim kiçik bacımızdır. Ancaq Ermənistan onların ən əxlaqsız və təbiyəsiz bacısıdır. İndi də Paşinyanla Makron bacı-bacı oyununa davam edirlər. ABŞ ATƏT- in Minsk qrupunun həmsədr dövləti kimi 30 il ərzində Azərbaycan torpaqlarının işğal altında qalmasına, bir milyondan artıq qaçqın və məcburi köçkünün mövcud olmasına, ermənilərin törətdiyi soyqırımlara görə qətiyyən narahat olmadı. 30 ildən artıq bir müddətdədir ki, Naxçıvan Muxtar Respublikası blokada şəraitindədir, amma buna heç kim reaksiya vermir. Ancaq bu gün Azərbaycanın ərazisində yaşayan bir-neçə erməniyə görə təzyiqlər olunur. Azərbaycan bütün təzyiqlərə sinə gələrək, sübut etdi ki, regionda söz sahibidir"

Aydan