Rusiyada azərbaycanlı ailənin faciəsi: Ana və övladları öldü - VİDEO
    • 18-09-2023, 18:52
    • 513

Rusiyada azərbaycanlı ailənin faciəsi: Ana və övladları öldü - VİDEO

Rusiyanın Noyabrsk şəhərində gecə saatlarında ikimərtəbəli taxta evdə yanğın çıxıb.

News24.az Metbuat.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində ana və iki azyaşlı övladı yanaraq həlak olub.

Yanğın nəticəsində evin 1-ci və 2-ci mərtəbələrinin konstruksiyaları, dam örtüyü və evin içərisindəki əşyalar yanıb. Yanğının hansı səbəbdən baş verdiyi bilinmir. Araşdırma aparılır.

Metbuat.az-ın əldə etdiyi məlumata görə, ölən şəxslər əslən azərbaycanlıdır. Belə ki, vəfat edən ana və övladları əslən Astara rayonundandırlar. Onlar uzun müddətdir ki, Rusiyanın Noyabrsk şəhərində yaşayırmışlar.