Abşeronda yaşayış binasında YANĞIN
    • 20-09-2023, 08:19
    • 126

Abşeronda yaşayış binasında YANĞIN

Abşeron rayonunun Masazır qəsəbəsində onmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 70 m² olan 2 otaqlı mənzilin yanar konstruksiyaları yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən News24.az-a bildirilib. 

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 8 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Qonşu mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.