Bu əsassız iddianı qəti surətdə təkzib edirik - MN
    • 20-09-2023, 10:45
    • 185

Bu əsassız iddianı qəti surətdə təkzib edirik - MN

Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən Laçın yolu ilə Rusiya sülhməramlı kontingentinin müşayiəti altında hərəkət edən mülki kolonun atəşə tutulması barədə yayılan məlumatın heç bir əsası yoxdur və dezinformasiya xarakteri daşıyır. 

News24.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat verib.

"Bu əsassız iddianı qəti surətdə təkzib edirik", - nazirlikdən qeyd olunub.