Millimiz qələbə qazandı
    • 20-09-2023, 16:20
    • 249

Millimiz qələbə qazandı

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası İtaliyanın Alghero şəhərində təşkil olunan Avropa Superfinalında növbəti oyununu keçirib.

News24.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Rumıniya yığması ilə oyun rəqib komandanın 4:2 hesablı qələbəsilə ilə başa çatıb.

Millimizin qollarını Sabir Allahquliyev və Orxan Məmmədov vurub. Komandamız turnirdə növbəti oyununu sabah İsveçrə yığmasına qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Turnir çərçivəsində baş tutan ilk - Türkiyə yığması ilə qarşılaşma 5:5 hesabı ilə başa çatmışdı.