Ermənistan regionumuzda alət olmamalıdır - Hikmət Hacıyev
    • 20-09-2023, 18:28
    • 179

Ermənistan regionumuzda alət olmamalıdır - Hikmət Hacıyev

Digər ölkələr arasındakı geosiyasi rəqabəti və rəqabətin Cənubi Qafqaz regionuna daşınmasına ehtiyac yoxdur.

News24.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

O deyib ki, Cənubi Qafqaz onsuz da uzun müddət münaqişələrdən əziyyət çəkib:

“Ermənistan da bu kimi siyasətlərin həyata keçirilməsinə regionumuzda alət olmamalıdır. Təəssüflər olsun ki, üçün hallarda Ermənistan bu cür funksiyaları yeninə yetirməyə niyyətli görünür”.


Fərid Azəri