“Axırda erməniləri ağıllandıracağıq” - Siyavuş Novruzov
    • 20-09-2023, 18:47
    • 253

“Axırda erməniləri ağıllandıracağıq” - Siyavuş Novruzov

“Ermənilər neçə vaxt bundan əvvəl razılaşdırılmış Yevlax görüşündən imtina etmişdilər. Lakin nəticədə Yevlax görüşü məsələsi ortaya qoyuldu. Görüşün mahiyyəti budur ki, həmin qüvvələr qısa müddətdə ərazilərimizi tərk etməli, silah-sursatın hamısını Azərbaycana təhvil verilməlidirlər".

News24.az Pravda-y istinadla xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib. 

Deputat əlavə edib: "Görüşdə rus sülhməramlıları da iştirak edəcəklər. Digər Azərbaycan vətəndaşları təmin edildiyi kimi, Qarabağ iqtisadi zonasında da gələcəkdə kəndlərin fəaliyyəti, onların təchizatı, tibbi yardım, ərzaq təminatı həyata keçiriləcək.

Bu, addım-addım gələn yoldur. Əgər vaxtında sülh müqaviləsini imzalasaydılar, heç bu cür hallara gəlib çıxmazdı. Lakin Ermənistanın məkrli niyyəti, sülh üzərində oyunlar, başqa-başqa dövlətlərin öyrətmələrinə uyğunlaşmaları bunları həmişə belə vəziyyətə gətirib çıxarır.

Gərək ermənilərin başına hər dəfə “dəmir yumruq” dəyə ki, ağıllanalar. 44 günlük müharibədən sonra ağıllandılar, bir az keçdi, yenə ağıllarını itirdilər. “Qisas” əməliyyatında “dəmir yumruq” yenidən başlarına dəydi. Qısa zaman keçdi, yenə ağıllarını itirdilər. İndi də lokal antiterror tədbirlərində “Dəmir Yumruq” dəydi, yenə ağıllanıblar. Görək də, axırı nə olur. Axırda ağıllandıracağıq”.