-
- 22-09-2023, 16:04
- 440
Sabunçunun bələdiyyə sədri məhkəməyə GƏTİRİLDİ
Bakıda daha bir bələdiyyə sədri məhkəməyə gətirilib.
News24.az-ın məlumatına görə, Paytaxtın Sabunçu rayonu, Sabunçu bələdiyyəsinin sədri Ələddin Həsənov Xural tv internet kanalının təsisçisi Əvəz Zeynallının barəsində olan cinayət işi üzrə keçirilən məhkəmə prosesinə şahid qismində dəvət edilib. Bələdiyyə sədri Sabunçu qəsəbəsi, Elşən Mehdiyev küçəsi 15 ünvanında inşa edilən marketin tikintisi epizodu üzrə ifadə verib.
Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına görə, Baş Prokurorluğun İstintaq idarəsində aparılmış istintaq zamanı Əvəz Zeynallının ayrı-ayrı şəxslərdən hədə-qorxu gəlməklə, təkrar və külli miqdarda rüşvət almasına, habelə Əvəz Zeynallı və Elnur Şükürovun qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxslərin qərarına təsir etmək məqsədilə nüfuz alveri edərək pul almaları, xeyli miqdarda pulu dələduzluq yolu ilə ələ keçirmələri, eləcə də, digər şəxsi rüşvət verməyə təhrik etmələrinə əsaslı şübhələr müəyyən edilib.
Əvəz Zeynallı Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1 və digər maddələri, Elnur Şükürova isə həmin Məcəllənin 178.2.1, 32.4, 312.2 və 312-1.1 və digər maddələri ilə ittiham elan edilib.
Samir Əli