COVID-19 pandemiyası zamanı gənclərdə şəkərli diabet xəstəliyi artıb - VİDEO
    • 23-09-2023, 09:13
    • 148

COVID-19 pandemiyası zamanı gənclərdə şəkərli diabet xəstəliyi artıb - VİDEO

Amerikanın “Kaiser Permanente” tibb şirkətinin alimlərindən ibarət qrup COVID-19 pandemiyası zamanı gənclər və yeniyetmələr arasında şəkərli diabet xəstəliyinə tutulma hallarının artdığını müəyyən edib. Araşdırmala görə, 10-19 yaşlarında birinci və ikinci növ şəkərli diabet daha tez-tez aşkarlanmağa başlayıb.

News24.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə “EurekAlert” məlumat yayıb.

Alimlər özəl tibb klinikalarından birində aparılan diaqnozları tədqiq ediblər. Nəticələrə görə, 2016-cı ildə tibb mərkəzində yoxlamadan keçən hər 100 min nəfərdən təxminən 19-u birinci növ şəkərli diabet xəstəsi olub. 2021-ci ildə bu rəqəm 25 nəfərə yüksəlib. Bənzər bir tendensiya ikinci növ şəkərli diabet üçün də müşahidə edilib. 2016-cı ildə digər xəstəlikləri olan hər 100 min xəstədən təxminən 16 nəfəri, 2021-ci ildə isə 30 nəfəri ikinci növ şəkərli diabet xəstəsi kimi qeydə alınıb.

Diaqnoz qoyulan birinci növ şəkərli diabet xəstələrinin 62,7 faizi, ikinci növ şəkərli diabet xəstələrinin isə 98,4 faizi 10-19 yaş arasında olub.

Alimlər növbəti tədqiqatlarında şəkərli diabet xəstəliyinin gənclərdə geniş yayılmasına hansı amillərin təsir etdiyini araşdıracaqlar.