-
- 27-09-2023, 13:00
- 187
Klinton Putini tənqid etdi: "AYIBDIR.."
ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton Rusiya prezidenti Vladimir Putini NATO-nun genişlənməsi ilə bağlı tənqid atəşinə tutub: “Ayıbdır, Vladimir, bunun günahkarı özünsən”.
News24.az xəbər verir ki, o, bu barədə rəsmi portretinin açılışı üçün qatıldığı Dövlət Departamentində danışıb.
Klinton 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərində onu məğlub edən keçmiş Respublikaçı prezident Donald Trampın siyasətindən narazılığını nümayiş etdirmək fürsətindən də istifadə edib.
Klinton təklif edib ki, ABŞ-ın Ukraynanı dəstəkləmək qabiliyyəti ilə bağlı suallar Trampın müttəfiqləri uzaqlaşdırmaq mirası səbəbindən yaranıb. "İnsanlar buna şübhə edə bilər, çünki biz müttəfiqlərimiz və dostlarımızla çoxlu körpülər yandırmışıq".
"Ukraynada demokratiyanı müdafiə etmək, NATO-nu genişləndirmək - yeri gəlmişkən, ayıbdır, Vladimir, bunun üçün sən özün günahkarsan.Biz həmişə demişik: “İnsanlar NATO-ya qoşulmağa məcbur edilmir. İnsanlar NATO-ya üzv olmağı seçir və istəyirlər”, o əlavə edib.
Ayşən