İranda dövlət məmurları da xaricə qaçır - SƏBƏB
    • 27-09-2023, 14:01
    • 131

İranda dövlət məmurları da xaricə qaçır - SƏBƏB

İranda mühacirət edənlərə dövlət məmurları da qoşulub.

News24.az xəbər verir ki, bu barədə "Azad İran" mətbuatı məlumat yayıb. 

Rəsmi mətbuatda dərc olunan xəbərlər göstərir ki, İrandan xarici ölkələrə mühacirət edən kütlələrin miqyası genişlənib və xaricə axın edən insan resurslarının cərgəsinə İranın yüksək vəzifəli menecerləri, o cümlədən Səhiyyə Nazirliyinin məmurları və ixtisaslı işçilər də qoşulublar.

İrandan miqrasiya göstəricisi elə bir həddə çatıb ki, sosioloq Maqsud Fərasətxah bu barədə həyəcan təbili çalıb:

“İranda hətta pulu və imkanı olmayanlar da xaricə köç edir”.

Aynurə