30 il əvvəl törədilən hərbi cinayətin üstü açılıb
    • 29-09-2023, 10:23
    • 129

30 il əvvəl törədilən hərbi cinayətin üstü açılıb

Bu ilin 8 ayı ərzində Hərbi Prokurorluq orqanlarının fəaliyyəti səmərəli səmərəli fəaliyyəti nəticəsində qeydə alınmış cinayətlərin 99%-i açılıb.

News24.az-ın məlumatına görə, bunu Respublika hərbi prokuroru Xanlar Vəliyev deyib. O bildirib ki, açılan işlərin sırasında  30 ilə yaxın müddətdə bağlı qalmış xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə cinayəti də olub: " Belə ki, əsgər P.H.İsgəndərovun 19 may 1995-ci il tarixdə Ağstafa rayonu ərazisində odlu silahdan atılmış atəşlər nəticəsində ölməsi faktına görə başlanılmış və sonradan icraatı dayandırılmış cinayət işi üzrə icraat təzələnərək, istintaqın davam etdirilməsi Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsinə həvalə olunmuş və həmin idarədə məharətlə aparılan istintaq zamanı əsgər P.H.İsgəndərovun hərbi qulluqçu yoldaşı əsgər H.H.İsaxanov tərəfindən xuliqanlıq niyyəti ilə qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən olduğundan, sonuncu cinayət məsuliyyətinə cəlb edlərək, onun məhkəmə qarşısına çıxarılması təmin edilmiş və barəsində ittiham hökmü çıxarılıb".

Samir Əli