“Qarabağda erməni qalmayıb” – Artak Beqlaryan
    • 30-09-2023, 12:32
    • 481

“Qarabağda erməni qalmayıb” – Artak Beqlaryan

Qarabağda demək olar ki, erməni qalmayıb. 

News24.az xəbər verir ki, bu barədə separatçı Artak Beqlaryan öz Telegram kanalında yazıb.

“Mənim məlumatıma görə, son vətəndaşlarda hazırda Ermənistana yollanır. Hazırda burada ən çoxu bir neçə yüz nəfər qalıb ki, onların əksəriyyəti məmurlar, fövqəladə hallar xidmətinin əməkdaşları, könüllülər və bəzi xüsusi ehtiyacları olan şəxslərdir. Onlar da getməyə hazırlaşırlar”, - deyə qeyd edib.

Qeyd edək ki, sentyabrın 30-u olan məlumata görə, Ermənistana 100 mindən çox erməni köçüb.

Aynurə