Orduda son vəziyyət: hücum əməliyyatları davam edir
    • 30-09-2023, 15:30
    • 266

Orduda son vəziyyət: hücum əməliyyatları davam edir

Rusiya qüvvələri şərqdə və cənubda bir neçə istiqamətdə itirilmiş mövqelərini bərpa etməyə çalışsalar da, buna nail ola bilməyiblər.

News24.az xəbər verir ki, bu barədə Ukrayna ordusunun Baş Qərargahı tərəfindən bildirilib.

Ötən gün ərzində cəbhədə tərəflər arasında 44 toqquşma baş verib. Xüsusilə, ruslar Baxmut istiqamətində Klişçivka ərazisində itirilmiş mövqelərini bərpa etməyə uğursuz cəhd göstəriblər.

Bundan əlavə, Rusiya qoşunları Avdiv, Marin, Şaxtyor istiqamətlərində Tonenko, Novomixaylivka və Staromayorskda 20-dən çox uğursuz hücum əməliyyatı keçirib. Ruslar həmçinin Avdiv şəhərinin cənub-qərbində itirilmiş mövqeyini bərpa etməyə cəhd göstərib.

Rusiya ordusu Zaporoje vilayətinin Robotin və Verbovoy qəsəbələrində itirilmiş mövqelərini bərpa etməyə çalışsalar da, buna nail ola bilməyiblər.

Baş Qərargah qeyd edib ki, Ukrayna müdafiə qüvvələri Melitopol və Baxmut istiqamətində hücum əməliyyatlarını davam etdirir.

Ayşən