ABŞ-da ermənilərdən TƏXRİBAT - Türkiyə tədbir gördü
    • 30-09-2023, 16:43
    • 517

ABŞ-da ermənilərdən TƏXRİBAT - Türkiyə tədbir gördü

29 sentyabr 2023-cü il tarixində Cənubi Kaliforniya Universitetində Annaberg Jurnalistika Məktəbi və Yunus Emre İnstitutunun birgə ev sahibliyi etdiyi Türkiyənin İctimai Diplomatiyası mövzusunda konfransda iştirak edən rəsmilərimiz radikal erməni qrupları tərəfindən hədəfə alınıb, şifahi və fiziki təzyiqlərə məruz qalıblar.

News24.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, ABŞ Diplomatik Təhlükəsizlik Bölməsi və Los Anceles Polis Departamenti (LAPD) lazımi təhlükəsizlik tədbirləri görərək Universitet şəhərciyində baş verən hadisələrin genişlənməsinin qarşısını alıb.

“Ölkəmizi və Azərbaycanı, son zamanlar isə Ermənistan hökumətini və regionda sülh prosesini hədəf alan radikal diaspor qruplarının nifrət nitqinin zorakılıq aktlarına çevrilməsi narahatlıq doğurur. Nümayəndə heyətimizə fiziki hücum edənlərə qarşı lazımi hüquqi prosesi başladacağıq.

Bu hadisə ilə bir daha aydın oldu ki, tarixi hadisələrin dar və yerli siyasi motivlərlə təhrif edilməsi, ekstremist qrupları məmnun etmək üçün verilən bəyanatlar radikallaşmaya, nifrət nitqinə və zorakılığa təkan verir”, - məlumatda deyilir.

Akqabay