Həmin uşaq evinə o direktor TƏYİN OLUNDU
    • 2-10-2023, 18:00
    • 483

Həmin uşaq evinə o direktor TƏYİN OLUNDU

Lənkəran şəhər Osman Mirzəyev adına qarışıq tipli uşaq evinə yeni direktor təyin olunub.

News24.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Yayılan məlumata görə, bu vəzifəyə Samirə Quliyeva təyinat alıb.

Lənkəran Şəhər İcra Hakimiyyətindən saytımıza məlumatı təsdiqləyiblər.

S. Quliyevanın bu təyinatdan əvvəl Liman şəhər 16 saylı körpələr evi-uşaq bağçasının müdiri vəzifəsində çalışdığı qeyd olunur.

Xatırladaq ki, bir neçə gün öncə sözügedən müəssisəyə Lənkəran ŞİH başçısının keçmiş müavini Rasilə Arifqızının təyin olunması ilə bağlı xəbər yayılsa da, Lənkəran ŞİH məlumatı təkzib etmişdi.