Sağlamlıq imkanları məhdud uşaqlar üçün Qobustanda Novruz şənliyi təşkil olunub
    • 19-03-2019, 10:43
    • 924

Sağlamlıq imkanları məhdud uşaqlar üçün Qobustanda Novruz şənliyi təşkil olunub

Martın 18-də Qaradağ rayon Sahil qəsəbəsində yerləşən Emin Quliyev adına Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 9 nömrəli xüsusi internat məktəbinin şagirdlərinə Qobustan Milli Tarix-Bədii Qoruğunda bayram şənliyi təşkil olunub.

News24.az xəbər verir ki, qonaqları qarşılayan Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev bayram münasibətilə onları təbrik edərək məktəblilərə xoş arzularını çatdırıb. Müəllim heyəti ilə birgə qoruğa dəvət olunan məktəbli qonaqlara qoruq ərazisinə ekskursiya təşkil olunub.

Şagirdlərə Qobustanın tarixi və mədəniyyəti, qayaüstü təsvirləri  və muzeyi haqqında ətraflı məlumat verilib.