-
- 3-10-2023, 11:12
- 276
Səfərbərlik elan edildi: Qadınlar hərbi xidmətə çağırılır
Ukrayna Rusiya ilə davam edən müharibədə hərbi itkiləri ödəmək üçün yeni qanun hazırlayıb.
News24.az xəbər verir ki, Ukraynada bütün qadınların hərbi xidmət üçün qeydiyyata alınması ilə bağlı qanun parlament tərəfindən qəbul edilib və qüvvəyə minib.
Bildirilib ki, yeni qanunla 18-60 yaş arası bütün qadınlar səfərbər edilərək hərbi xidmətə çağırılacaq.
Hərbi xidmətə qəbul edilənlər arasında həkim, stomatoloq, mama, tibb bacısı və əczaçı kimi ixtisaslara malik olanlara üstünlük veriləcəyi bildirilib.
Beynəlxalq diplomatiya ekspertləri bu vəziyyəti belə izah edirlər: “Volodimir Zelenskinin sayəsində immiqrantların sayı rəsmi rəqəmlərə görə 15 milyona çatıb. Belə görünür ki, Zelenski ABŞ və Avropaya ümidini itirib. Zelenski: “Kömək etmirsənsə, etmə, mən qadınları da əsgərliyə cəlb edirəm”, - deyərək qəzəbini ortaya qoyur”.
Ayşən