Separatçıların rəhbərlərinə amnistiya TƏTBİQ OLUNACAQ?
    • 3-10-2023, 11:52
    • 394

Separatçıların rəhbərlərinə amnistiya TƏTBİQ OLUNACAQ?

Sosial Tədqiqatlar Mərkəzi mövzunun aktuallığını nəzərə alaraq “Erməni silahlı qüvvələrinin rəhbərlərinə amnistiya tətbiq olunmalı, yoxsa onlar cinayət məsuliyyətinə cəlb edilməlidir?” istiqamətində vətəndaşların mövqeyini öyrənmək məqsədilə ictimai rəy sorğusu keçirib.

News24.az xəbər verir ki, respondentlərin 5.9%-i amnistiyanın tərəfdarı olduğunu, 90.7%-i onların cinayət məsuliyyətinə cəlb edilməli olduğunu bildirib. 

Sorğu iştirakçılarının 3.4%-i bu barədə fikir bildirməkdə çətinlik çəkib.

Nəticələri respondentlərin sosial-demoqrafik məlumatlarına görə nəzərdən keçirdikdə, kişilərin 88.1%-i, qadınların 93.3%-i cinayət məsuliyyətinə cəlb olunmasını zəruri hesab edib. Həmçinin bu mövqe respondentlərin aid olduğu yaş qrupundan asılı olmayaraq, onların mütləq əksəriyyəti tərəfindən ifadə olunub. Sorğu iştirakçıları arasında orta təhsillilərin 94.8%-i, ali təhsillilərin 86.0%-i bu mövqedən çıxış edib.

Xatırladaq ki, ötən dövr ərzində Qarabağda qanunsuz silahlı birləşmələrin terrorçuluq fəaliyyətini maliyyələşdirən, qondarma rejimin “dövlət naziri” kimi çalışmış Ruben Vardanyan, “Dağlıq Qarabağ Respublikasının Müdafiə Ordusu komandanının birinci müavini” Davit Manukyan, Qondarma rejimin sabiq "müdafiə naziri" Lyova Mnatsakanyan, Gəncə şəhərində mülki əhalinin hədəfə alan Davit Babayan, Meşəli kəndində dinc əhaliyə terror əməlləri törədənlərdən Vaqif Xaçatryan, azərbaycanlı əsirlərə qarşı amansız işgəncələr verməkdə ittiham olunan Lüdvik Mkrtiçyan, Alyoşa Xosrovyan və digərləri barəsində cinayət işi açılaraq həbs olunub.