-
- 3-10-2023, 17:00
- 411
Paşinyan özünü Putinin düşməni elan etdi - Rusiyalı ekspert
“Ermənistan və Rusiya üçün İrəvanla bağlı həqiqət anı gəlib çatıb”.
News24.az xəbər verir ki, bunu rusiyalı ekspert, tarixçi Modest Kolerov iarex.ru-ya Ermənistan parlamentinin Roma Statutunun ratifikasiyası qərarını şərh edərkən deyib.
“Rəsmi İrəvanın Roma Statutunun ratifikasiyasının Putinə aidiyyəti olmadığını söyləməsi yalandan başqa bir şey deyil. İrəvan isə bunu bilərək, KTMT-dən çıxmaq qərarının elan edilməsi və Qarabağdakı Rusiya sülhməramlılarına qarşı ittihamlarla paralel olaraq şüurlu şəkildə həmin qərarı irəli sürür.
Paşinyan əvvəlcə 2020-ci il məğlubiyyətindən sonra 100 min ermənini Qarabağa yerləşdirib, onları girov götürüb, daha sonra onun ucbatından Qarabağdakı ermənilər Ermənistana geri qayıtdılar. Rusiya onlar üçün təhlükəsiz sığınacaq təmin edib. İrəvanda rusofobiya artacaq. Amma bu yeni xəbər deyil”, - Kolerov qeyd edib.
Akqabay