Məşhur məşqçi üçüncü dəfə Braziliya komandasının baş məşqçisi təyin olunub
    • 27-07-2018, 10:33
    • 1 068

Məşhur məşqçi üçüncü dəfə Braziliya komandasının baş məşqçisi təyin olunub

Məşhur futbol məşqçisi Felipe Skolari üçüncü dəfə Braziliyanın “Palmeyras” komandasının sükanı arxasına keçib.

News24.az xəbər verir ki, 69 yaşlı braziliyalı mütəxəssislə 2020-ci ilə qədər müqavilə bağlanılıb.


Qeyd edək ki, Skolari 1997 – 2000 və 2010 – 2012-ci illərdə də “Palmeyras”a rəhbərlik edib. İki dəfə Braziliya millsinin baş məşqçisi olan mütəxəssis, 2002-ci il dünya çempionatının və 2013-cü il Konfederasiyalar Kubokunun qalibidir. O, Portuqaliya yığmasını, İngiltərə “Çelsi”sini və Çinin “Quançjou Everqrand” komandalarını da çalışdırıb.

//Report.az