Bu məktəbdə 95 şagird iflic oldu – ŞOK HADİSƏ
    • 5-10-2023, 11:02
    • 356

Bu məktəbdə 95 şagird iflic oldu – ŞOK HADİSƏ

Keniyanın paytaxtı Nayrobidən 374 kilometr şimal-qərbdə yerləşən orta məktəbdə 95 qız şagird xəstələnib.

News24.az "Haberglobal"-a istinadən xəbər verir ki, tələbələr səbəbi hələ müəyyən edilməyən xəstəlik səbəbindən xəstəxanaya yerləşdirilib.

Regional təhsil idarəsinin müdiri Bonface Okoth xəstəlik səbəbiylə 95 şagirdin ayağının iflic olduğunu, əksəriyyətinin yeriyə bilməyəcəyini və tələbələrin tibbi müdaxilə üçün xəstəxanaya yerləşdirildiyini bildirib.

Hadisədən sonra məktəb direktoru ilə Təhsil Nazirliyinin rəsmiləri arasında keçirilən görüşdən sonra məktəb qeyri-müəyyən müddətə bağlanıb.

Təhsil Nazirliyinin rəsmiləri xəstəliyin nədən qaynaqlandığını araşdırdıqdan və lazımi tədbirləri gördükdən sonra şagirdlərin dərslərinə davam edə biləcəklərini açıqlayıb.

Qeyd edək ki, xəstəliyi müəyyən etmək üçün şagirdlərdən qan nümunələri götürülüb.  Həmin nümunələr Keniya Tibbi Araşdırma İnstitutu (KEMRI) laboratoriyalarına göndərilib.

Ülkər ABDURAHMANLI